Görəsən, “Neftçi”də bundan xəbəri var? - 300 nəfər…

21:20 Neftçi 137
Görəsən, “Neftçi”də bundan xəbəri var? - 300 nəfər…

Premyer Liqanın 11-ci turunun ilk oyun günündə “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edəcək.

Gəncə təmsilçisinin cari mövsümdəki gözlənilməz performansı, “Neftçi”nin isə çempionluq hədəfi bu qarşılaşmaya marağı artırmaqdadır.

Qonaqlar Bakı səfərində ciddi azarkeş dəstəyi görəcək.

Gəncədə keçirilən oyunlarda komandaya möhtəşəm dəstək verən azarkeşlərin müəyyən qismi bu dəfə “Palms Sports Arena”nın qonaq sektorunda yer alacaq.

Əldə etdiyimiz məlumata görə, “Xəmsə”, “Kəpəz Ultras” və “Zona 20” azarkeş qruplarının təxminən 200 üzvü Gəncədən Bakıya təşrif buyuracaq. Klub tərəfindən onlar üçün xüsusi avtobuslar ayrılıb.

Paytaxtda yaşayan “Kəpəz” tərəfdarlarını da nəzərə alsaq, qonaq komandanın azarkeşlərinin sayının 300-ü ötəcəyi gözlənilir.

Bu mənzərə, heç şübhəsiz, qarşılaşmaya əlavə rəng qatacaq. Beləliklə, stadionun bir tərəfində “Neftçi”nin çılğın tərəfdarları, digər tərəfində isə 90 dəqiqə susmaq bilməyən “Kəpəz” azarkeşləri yer alacaqlar.

Noyabrın 6-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti