Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçı - "Sabah"ın kapitanı

09:20 Sabah 74
Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçı - "Sabah"ın kapitanı

"Sabah"ın kapitanı Stas Pokatilov Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən ikinci qapıçıdır.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiper 4 turda 22 "seyv"lə yadda qalıb.

"Bayquşlar"ın kapitanı bu göstəricidə yalnız Belçikanın "Brügge" komandasının üzvü Yann Zommerdən (27) geri qalır.

Xatırladaq ki, "Sabah" ötən gün turnirin Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" komandasına uduzub - 1:4.

Daha əvvəl "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına məğlub olan Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə üstələyib.

"Sabah" növbəti oyununu noyabrın 25-də Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?