“Barselona” Rafinyanın klubdakı gələcəyini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, La Liqa nəhəngi 29 yaşlı hücumçunun müqaviləsinin müddətini artırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliya milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
“Barselona” Rafinyanı 2022-ci ilin yayında “Lids”dən 58 milyon avroya transfer edib.
Kapitan cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
