Moldova millisi UEFA Millətlər Liqasında Qazaxıstan və Farer adaları ilə oyunlar üçün 26 nəfərlik heyəti açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən 2 futbolçu da iştirak ərizəsinə salınıb.
Belə ki, “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi və “Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina qarşıdakı matçlarda iştirak etmək imkanı əldə ediblər.
Noyabrın 13-də Kişinyovdakı “Zimbru” stadionunda Qazaxıstanı qəbul edəcək Moldova yığması ayın 16-da Torshavnda Farer adaları ilə üz-üzə gələcək.
