“Fənərbaxça”nın ingiltərəli müdafiəçisi ilə maraqlanır - Premyer Liqa nəhəngi

18:40 Türkiyə 50
“Fənərbaxça”nın ingiltərəli müdafiəçisi ilə  maraqlanır - Premyer Liqa nəhəngi

“Liverpul” “Fənərbaxça”nın müdafiəçisi Arçi Braunla maraqlanır.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “qırmızılar” 24 yaşlı futbolçunun Çempionlar Liqasının son turunda komandalar arasında keçirilən matçdakı çıxışından sonra ona marağını artırıb.

İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan oyunda Braun bir qol vurub və bir məhsuldar ötürmə verib.

İngiltərə Premyer Liqasının digər təmsilçisi “Mançester Yunayted” də daxil olmaqla, bir neçə klub futbolçunun çıxışını izləyir. O özü də vətəninə qayıtmaq istəyir.

“Transfermarkt” portalı ingiltərəli müdafiəçinin dəyərini 18 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti