İki azərbaycanlı dünya çempionatının yarımfinalında

08:00 Digər növlər 39
İki azərbaycanlı dünya çempionatının yarımfinalında

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycanın daha iki təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, batut gimnastikasının fərdi proqramında Selcan Mahsudova 56,390 xal toplayaraq 12-ci yeri tutub və yarımfinala yüksəlib.

Kişilərin fərdi yarışında çıxış edən Maqsud Mahsudov isə 62,180 xalla təsnifat mərhələsini 10-cu pillədə tamamlayaraq yarımfinalda iştirak hüququ əldə edib.

Xatırladaq ki, Mahsudovlar daha əvvəl qarışıq sinxron proqramda 50,250 xalla növbəti mərhələyə yüksəliblər.

Noyabrın 4-də start götürən dünya çempionatı ayın 8-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?