Bu mövsüm xüsusi diqqət yetirilməli komandalardan biri “Kəpəz”dir.
Maliyyə imkanları, heyətinin dərinliyi və ümumi büdcəsi liqanın bir sıra rəqibləri ilə müqayisədə məhdud olsa da, Gəncə təmsilçisi meydanda bunun əksini göstərməyə çalışır.
“Kəpəz”in nəticələrinə baxdıqda, komandanın kollektiv oyunu, mübarizə əzmi və mövcud resurslardan maksimum istifadə etmək bacarığı diqqət çəkir. Daha böyük büdcələrə sahib klublarla rəqabət aparmaq və turnir cədvəlinin ilk ”altılığ”ında yer almaq heç də təsadüf deyil.
Burada futbolun vacib bir prinsipi özünü göstərir: uğurlu komanda yaratmaq üçün yalnız böyük maliyyə imkanları kifayət etmir.
Düzgün seleksiya, məşqçi işi, kollektiv intizam və futbolçuların potensialından səmərəli istifadə də ən az büdcə qədər əhəmiyyətlidir.
“Kəpəz”in hazırkı fəaliyyəti göstərir ki, məhdud resurslarla da rəqabətədavamlı komanda formalaşdırmaq mümkündür.
Azər Məmmədovun bəxti həmçinin onda gətirib ki, liqanın ən böyük və ən güclü azarkeş ordusu ”Kəpəz”in arxasındadır. Hər ev oyununda stadiona 10 min nəfərdən artıq fanat gəlir.
Belə dəstəyi olan baş məşqçi və futbolçuları niyə də 10 tura 17 xal toplamasın?
Sezona uğurlu startda kollektiv üzvləri qədər, tribunaları dolduran ”12-ci oyunçu”nun xidməti var və bu, danılmazdır.
SPORTİNFO.AZ
