İtaliyalı hücumçu Azərbaycanın əsas komandasında - SON DƏQİQƏ

09:00 Milli komanda 99
İtaliyalı hücumçu Azərbaycanın əsas komandasında - SON DƏQİQƏ

Azərbaycanın əsas yığmasını qarşıdakı günlərdə 2 oyun gözləyir. Komandamız öncə UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupu çərçivəsində Lixtenştyenin qonağı olacaq, ardınca Andorra ilə səfərdə yoxlama görüşü keçirəcək. Qarşılaşmalar noyabrın 13-16-sı aralığında baş tutacaq.
Baş məşqçi önümüzdəki görüşlər üçün heyəti bu gün açıqlayacaq. Həmin siyahıda bir neçə sürpriz isim yer alacaq. Onlardan biri də italiyalı Lorenzo Mezzoterodur.
U-21 millisinin hücumçusu “Sampdoriya”nın əsas komandasında ilk qolunu vurmaqla təcrübəli mütəxəssisin diqqətini özünə çəkib. 18 yaşlı forvard İtaliya B Seriyasının X turunda “Virtus Entella” ilə keçirilən qarşılaşmada fərqlənib. Həmin matçda “Sampdoriya” rəqibini 2:0 hesabı ilə məğlub edib.
Mezzotero 17-ci dəqiqədə meydana daxil olub və 42-ci dəqiqədə Tyaş Begiçin ötürməsini qola çevirərək, komandasının ikinci qolunu vurub.
Bu, gənc futbolçunun “Sampdoriya”nın əsas komandasında və İtaliya B Seriyasında ilk qolu olub.

16 avqust 2008-ci ildə İtaliyanın Montsa şəhərində anadan olan hücumçu uşaqlığının bir hissəsini Azərbaycanda keçirib. O, “Qarabağ” və “Neftçi”nin futbol akademiyalarında məşq edib.

Hazırda Azərbaycanın U-21 millisində çıxış edən Mezzotero əvvəllər “Sampdoriya”nın gənclər komandasında məhsuldar oyunu ilə diqqət çəkib.

“Sampdoriya” bu qələbə ilə uğursuz nəticələr seriyasına son qoyub, azərbaycanlı futbolçu isə komandasının üç xal qazanmasında mühüm rol oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?