"Futbolçularım “Sabah”ı udub, adlarını klubun tarixinə yazdırdılar"

03:00 Sabah 77
"Futbolçularım “Sabah”ı udub, adlarını klubun tarixinə yazdırdılar"

Norveç təmsilçisi "Vikinq"in futbolçuları adlarını klubun tarixinə qızıl həriflərlə yazıdırıblar.

Sportinfo.az xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Byarte Lunde Aarsheym Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Bu, həqiqətən də möhtəşəm və tarixi bir hadisədir. Matç bitdikdən sonra futbolçularıma dedim ki, siz adınızı klubun tarixinə qızıl həriflərlə yazdırdınız.

Onların çıxışından çox qürurlandım. Qarşılaşmaya gəlincə, çox yaxşı çıxış etdik. Düşünürəm ki, qələbəyə layiq olan tərəf elə biz idik".

"Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda