“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasını vətənində davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu vaxtilə futbolçu karyerasına başladığı “Nyuells Old Boys”a qayıda bilər.
Onun Argentina klubu ilə 2027-ci ilin yanvarında müqavilə bağlaması istisna edilmir.
Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxıb, 29 qol vurub və 16 məhsuldar ötürmə verib.
Argentinalı hücumçunun ABŞ klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
