Sentyabrda “Neftçi” ilə müqavilənin müddəti uzadan Emil Səfərov yayda düşərgəni dəyişə bilər.
Əvvəlki sözləşməni 2+1 illik yeniləyən 23 yaşlı yarımmüdafiəçi hazırkı durumundan məmnun deyil.
Son həftələrdə çox az forma şansı qazanan gənc Yuri Vernidubun ona münasibətinin dəyişəcəyinə artıq inanmır.
Odur ki, qış fasiləsində icarəyə verilməsini istəyir. Zaqatalalı oyunçunun niyyətindən artıq bakılı rəsmilər xəbərdardır.
Emil Azərbaycan Premyer Liqasında 18 yaşında ikən yetirməsi olduğu “Qəbələ”də debüt edib və getdikcə əsas heyətdə möhkəmlənməyə başlayıb, bir müddət sonra isə əsas milliyə dəvət alıb.
2024-cü ildə bir neçə başqa təklifi olsa da, seçimini “Neftçi”dən yana edən Səfərov qısa zaman kəsiyində dinamik inkişaf potensialı nümayiş etdirərək, “ağ-qaralar”ın aparıcı üzvlərindən birinə çevrilib.
Ötən 2 il ərzində “Neftçi”nin heyətində bütün turnirlərdə 50 oyuna 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
SPORTİNFO.AZ
