Azərbaycanda çempionatında baş məşqçisi həmkarını “sillə-təpiyin altına saldı”

01:10 Qalmaqal 139
Azərbaycanda çempionatında baş məşqçisi həmkarını “sillə-təpiyin altına saldı”

13 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatında dava düşüb.

Sportinfo.az xəbər verir ki, insident U-13 Liqasında Zaqatalada “Alfa” və “Aslan” arasındakı qarşılaşmada yaşanıb.

Zaqatalada baş tutan qarşılaşmada “Alfa”nın baş məşqçisi Rüstəm Məmmədov rəqib komandanın məşqçisinə qarşı fiziki zor tətbiq edib.

İnsident üzündən oyunda təhlükəsizliyi təmin etmək mümkün olmayıb və qarşılaşma 40-cı dəqiqədə yarımçıq dayandırılıb.

AFFA İntizam Komitəsinin qərarına əsasən, Rüstəm Məmmədov növbəti 5 oyuna buraxılmayacaq. “Aslan” komandasına isə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Rüstəm Məmmədov 9 il “Zaqatala”nın baş məşqçisi olub. O, bu ilin yayında I Liqa təmsilçisindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…