“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” rəhbərliyi müqavilələrin yenilənməsi ilə bağlı işlərini davam etdirir.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, hücumçu Rafinya Diasla müqavilənin müddətini 2030-cu ilə qədər uzadan Kataloniya klubu yaxın gələcəkdə daha bir neçə futbolçu ilə də yeni müqavilə imzalamağı planlaşdırır.
Klub Mark Bernal, Brayan Faryanyas və Jerar Martinlə danışıqların son mərhələsindədir. Bernal və Faryanyasın müqavilələrinin müddətinin 2031-ci ilə qədər uzadılması gözlənilir.
“Barselona” 11 turdan sonra 30 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda noyabrın 8-də, 12-ci tur çərçivəsində səfərdə “Atletiko” ilə qarşılaşacaq.
