İsmail Kartal məşqçilik karyerasını İranda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssisə “Traktor” tərəfindən rəsmi təklif göndərilib və tərəflər danışıqlara başlayıblar.
65 yaşlı məşqçi daha əvvəl İranın “Persepolis” komandasında çalışdığı üçün ölkə futboluna yaxından bələddir.
Xatırladaq ki, Kartal oktyabrın 27-də “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən ayrılıb. Danışıqlar müsbət nəticələnərsə, onun yaxın günlərdə İrana gedərək Təbriz klubu ilə müqavilə imzalaması gözlənilir.
Hazırda “Traktor” İran çempionatında 10 turdan sonra 20 xalla 5-ci pillədə qərarlaşıb.
