Deyirlər, günahkar yalnız bir nəfərdir - 4:1-in görünməyən üzü

15:00 Sabah 84
Deyirlər, günahkar yalnız bir nəfərdir - 4:1-in görünməyən üzü

«Sabah» Çempionlar Liqasının əsas mərhələsində üçüncü məğlubiyyəti Norveçdə aldı.

«Mançester Yunayted»lə səfər (4:0) və «Borussiya Dortmund» ilə ev (1:2) matçlarını başıaşağı tərk eləmiş Azərbaycan çempionu «Vikinq» önündə status-kvonu 69 dəqiqə qoruya bildi.

Skandinaviyalılar son bölümdə hesabı 4:1 etdi.

Təmsilçimizin əsas problemlərindən biri müdafiədən hücuma keçid zamanı top itkiləri və hücumların davamlılığını qoruya bilməməsi idi.

Komandamız ilk qolu sürətli keçid hücumu nəticəsində vursa da, sonrakı mərhələlərdə bu üstünlüyü davam etdirə bilmədi. “Vikinq” top itkisindən dərhal sonra əks-pressinq tətbiq edərək, “Sabah“ın hücum qurmasına mane olurdu.

Ələlxüsus, standart vəziyyətlərdə “Vikinq”in üstünlüyü diqqət çəkirdi. 10 künc zərbəsi qazanan Norveç komandası bu epizodlardan təhlükəli hücumlar yaratdı.

Henrik Falçenerin 81-ci dəqiqədə başla vurduğu qol da müdafiədə hava toplarına nəzarət problemini göstərdi.

Oyunun ən vacib dönüş nöqtəsi Eyden Makkartinin 77-ci dəqiqədə qırmızı vərəqə alması oldu. Bir oyunçu azlıqda qalan Sabah meydanın mərkəzində və cinahlarda boşluqları bağlamaqda çətinlik çəkdi.

“Vikinq” isə say üstünlüyündən yararlanaraq, hücumların istiqamətini tez-tez dəyişir, müdafiə xəttini genişləndirir və boş zonalara daxil olurdu. Belədə “Sabah“ın müdafiə balansı daha da pozuldu.

Amma “Sabah“ın 1:4 hesablı məğlubiyyətində əsas məsələ yalnız qırmızı vərəqə deyil. Komanda xüsusilə rəqibin pressinqindən çıxmaq, müdafiə keçidlərini düzgün təşkil etmək və standart vəziyyətlərdə rəqibi nəzarətdə saxlamaq baxımından problemlərlə üzləşdi.

Qırmızı vərəqədən sonra isə bu problemlər daha da dərinləşdi. “Vikinq” oyunun son mərhələsində həm taktiki, həm də say üstünlüyünü düzgün istifadə edərək hesabı 4:1-ə çatdırdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti