Azərbaycanda hakim cəzalandırılacaq. Söhbət Səbuhi Bayramovdan gedir.
Belə ki, adıçəkilən referi ölkə kKubokunun II təsnifat mərhələsində keçirilən “Zirə” - “Səbail” matçında biabırçı səhvə yol verib.
O, qarşılaşmanın 68-ci və 80-ci dəqiqələrində “Səbail”in yarımmüdafiəçisi Samuel Nonqoha qeyri-idman hərəkətinə görə sarı vərəqə göstərib. Lakin matçın protokolunda göstərilən əvəzetmələrə əsasən, Nonqoh 90-cı dəqiqədə Ehtiram Şahverdiyevlə əvəzlənib.
Beləliklə, kamerunlu hər iki sarı vərəqəni meydanda olduğu müddətdə aldığı halda, ikinci xəbərdarlıqdan sonra “qırmızı“ ilə cəzalandırılaraq meydandan qovulmalı idi.
Hakimlər Komitəsi məsuliyyətsiz hərəkət edən refen ilə bağlı araşdırma aparıb. Bayramovu minimum 5 oyunluq cəza gözləyir.
“Bank Respublika Arena”da keçirilən görüşün əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn “Zirə” 1/8 finala yüksəlib.
SPORTİNFO.AZ
.png)
