“Qarabağ” Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə səfər oyununda (0:0) Zakaria Savonun formasında Azərbaycan əlifbasında olmayan
hərfdən istifadə edilməsinə görə tətbiq olunan cəzaya münasibət bildirib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, hadisə texniki yanlışlıqdan qaynaqlanıb.
“Problem artıq aradan qaldırılıb. Təəssüf ki, texniki xarakterli yanlışlıq olub. Məsələ aşkarlandıqdan sonra operativ şəkildə həllini tapıb. Gələcəkdə belə halların yaşanmaması üçün lazımi diqqət göstəriləcək”, - deyə klubdan bildirilib.
Sportinfo.az xəbər verir ki,,AFFA İntizam Komitəsi bu səbəbdən “Qarabağ”ı 1500 manat cərimələyib.
“Qarabağ” 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Səkkiz xala malik “Qəbələ” isə 10-cu yerdədir.
