Azərbaycanda BİABIR olan klubun rəhbərliyi TƏCİLİ İCLAS çağırdı

11:00 Qalmaqal 106
Azərbaycanda BİABIR olan klubun rəhbərliyi TƏCİLİ İCLAS çağırdı

MOİK rəhbərliyi bu gün təcili iclas keçirəcək.

Səbəb ölkə kubokunun ikinci təsnifat mərhələsində qeydə alınan biabırçı nəticədir.

Belə ki, burada «Şahdağ»a rəqib olan ordu təmsilçisi 1:9 hesabıyla uduzub.

Bu nəticə «hərbiçilər»in rəhbərliyinə şübhəli görünür. onlar futbolçuların İlham Yədullayevin istefaya göndərilməsinə nail olmaq üçün qəsdən zəif oynaması qənaətindədirlər.

Bugünkü yığıncaqda hər şey araşdırılacaq. Baş məşqçi ilə konflikt yaşayan komanda üzvləri ilə bağlı qərar veriləcək.

Onların düşərgədən kənarlaşdırılması gözlənilir. Həmçinin kollektivin böyük məbləğdə cərimələnməsi nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!