Premyer Liqada növbəti haqqı: Buna daha nə deyəsən? - VİDEO

10:40 Qalmaqal 147
Premyer Liqada növbəti haqqı: Buna daha nə deyəsən? - VİDEO

Misli Premyer Liqasının 10-cu turunda keçirilən “Sumqayıt” - “Şəfa” matçı (1:1) yenidən hakim səhvi müzakirəsini gündəmə gətirib.

Görüşün 36-cı dəqiqəsində referi Nicat İsmayıllının rəhbərlik etdiyi briqadanın buraxdığı kobud səhv oyunun taleyini həll edib və “Şəfa”nın haqlı qələbəsindən olmasına mane olub.

Matçın 36-cı dəqiqəsində bakılılar hesabda öndə olarkən, ev sahiblərinin kapitanı İsa Suliman cərimə meydançasında qapıçı Marko Yohanssonun qucağında olan topa açıq şəkildə əllə müdaxilə edib.

VAR yoxlamasına rəğmən hakimlər briqadası penaltini qeydə almayıb.

Daha əvvəldən sarı vərəqəsi olan İsa Suliman qaydanı kobud şəkildə pozduğuna görə ikinci sarı, nəticədə isə qırmızı kartla cəzalandırılmalı idi.

Həmçinin təyin olunmalı olan təmiz penalti matçın gedişatını kökündən dəyişə bilərdi. Hakimlərin bu qərarı “Şəfa”nın düşərgəsində haqlı narazılıq və sərt etirazlarla qarşılanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!