FİFA prezidenti postuna namizədliyini irəli sürdü

00:20 Dünya futbolu 116
FİFA prezidenti postuna namizədliyini irəli sürdü

Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kozo Taşima FİFA-nın rəhbəri postuna namizədliyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Gekisaka” portalı məlumat yayıb.

Taşima qərarını Tokioda keçirdiyi mətbuat konfransında elan edib.

FİFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək. Namizədlərin müraciətləri noyabrın 18-dək qəbul olunacaq. Hazırda beynəlxalq futbol qurumuna isveçrəli Canni İnfantino rəhbərlik edir.

Taşima namizədliyini irəli sürməsinin əsas səbəbi kimi 2026-cı il dünya çempionatı ətrafında yaranan iki mübahisəli hadisəni göstərib.

Bunlardan biri ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğv edilməsi, digəri isə ABŞ-nin İran millisinin ölkəyə girişinə məhdudiyyət tətbiq etməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda