“Turan” artıq o deyil - Yol verin, gəlirlər!

16:00 Turan 43
“Turan” artıq o deyil - Yol verin, gəlirlər!

Misli Premyer Liqasının X turunun 30 və 31 oktyabr tarixlərində keçirilən qarşılaşmaları maraqlı nəticələrlə yadda qalıb.

Şamaxıda keçirilən görüşdə “Araz-Naxçıvan” iki top üstünlüyünü qoruya bilməyərək, “Zirə” ilə heç-heçə edib. Qəbələdə isə yerli komanda “Qarabağ”la qolsuz heç-heçəyə nail olub.

“Turan” son çempion “Sabah” üzərində 3:2 hesablı qələbə qazanıb. Mtçın başlanğıcı “Turan” üçün olduqca uğurlu alınıb.

Enrike Silva 28-ci dəqiqədə hesabı açıb, cəmi bir dəqiqə sonra Joarlem Santos fərqi iki topa çatdırıb. 29-cu dəqiqədə vurulan ikinci qol meydan sahiblərinə ciddi üstünlük qazandırıb.

İkinci hissədə də hücumlarını davam etdirən Tovuz təmsilçisi 67-ci dəqiqədə Joarlem Santosun qolu ilə hesabı 3:0-a çatdırıb.

Lakin bundan sonra “Sabah”ın reaksiyası gecikməyib. Coy-Lens Mikels 70-ci dəqiqədə fərqi azaldıb, Ksander Severina isə 87-ci dəqiqədə hesabı 3:2 edib.

Oyunun son dəqiqələrində “Sabah” hesabı bərabərləşdirmək üçün təzyiqi artırsa da, “Turan Tovuz” üstünlüyünü qorumağı bacarıb.

Qarşılaşmanın əsas məqamlarından biri “Turan Tovuz”un oyunun ilk 30 dəqiqəsində göstərdiyi effektivlik olub.

Digər tərəfdən, 3:0 hesabından sonra komandanın müdafiə xəttində yaranan boşluqlar və “Sabah”ın son dəqiqələrdə oyuna qayıtmaq cəhdi ayrıca təhlilə layiqdir.

“Turan Tovuz” artıq yalnız turnir cədvəlinin yuxarı hissəsində yer almaq istəyən komanda deyil. Öz meydanında və səfərdə iddialı rəqiblərə qarşı nəticə əldə edə biləcəyini göstərir.

30 oktyabrda “Sabah” üzərində qazanılan 3:2 hesablı qələbə bunun ən yaxşı nümunələrindəndir.

Bu komandalar arasındakı xal fərqinin az olması o deməkdir ki, bir neçə uğurlu və ya uğursuz tur turnir cədvəlində ciddi dəyişiklik yarada bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti