“Qarabağ”a XOŞ, “Neftçi” ilə “Turan Tovuz”a PİS MƏLUMAT

22:20 Araşdırma 279
“Qarabağ”a XOŞ, “Neftçi” ilə “Turan Tovuz”a PİS MƏLUMAT

Premyer Liqanın 11-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq matçlarda iki futbolçu komandalarına kömək edə bilməyəcək.

Maraqlıdır ki, onların hər ikisi mərkəz müdafiəçisidir.

Söhbət “Turan Tovuz”un müdafiəçisi Hayderson Hurtado və “Neftçi”nin stoperi İqor Ribeyrodan gedir.

Hurtado sarı vərəqə kimitini doldurduğuna görə “Qarabağ”la önəmli matçda forma şansı qazanmayacaq. İqor isə “Turan Tovuz”la dueldə aldığı “qırmızı”ya görə cəzalı duruma düşüb. Bu, onun çəkəcəyi sonuncu cəza oyunudur.

Noyabrın 6-da “Qarabağ” - “Turan Tovuz”, “Neftçi” - “Kəpəz”, bir gün sonra “Şəfa” - “Araz-Naxçıvan”, “Zirə” - “Qəbələ”, noyabrın 8-də “İmişli” - “Sumqayıt”, “Sabah” - “Şamaxı” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti