“Yol verdiyimiz səhvlərdən nəticə çıxarmağı bacarırıq”

08:30 Futzal 53
“Yol verdiyimiz səhvlərdən nəticə çıxarmağı bacarırıq”

“Oyunun Lənkəranda keçirilməsi bizim üçün çox müsbət oldu. Şərait yüksək səviyyədə idi.

Futzal matçlarının bölgələrdə təşkili insanların bu idman növü haqqında daha çox məlumatlanması baxımından da əhəmiyyətlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Elvin Quliyev deyib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis DÇ-2028-in əsas mərhələsi çərçivəsində Çexiya yığması ilə keçirilən və 2:2 hesabı ilə başa çatan görüşü dəyərləndirib:

“Matç planlaşdırdığımız kimi keçdi. Rəqib qapısına qol vura bildik. Lakin ikinci hissənin ilk dəqiqələri bizim üçün çətin alındı və rəqib bundan yararlandı.

Oyunun sonunadək təzyiqi qorumağa çalışdıq və nəhayət, istəyimizə çataraq daha bir qol vurduq. Oyun təcrübəmiz artdıqca, komandamız da inkişaf edir.

Topu öz qapımızdan mümkün qədər uzaqda saxlamaq istəyirdik. Ancaq rəqib yaranan imkanlardan istifadə edərək fərqləndi.

Məqsədimiz inkişaf etmək və daha yaxşı nəticələrə nail olmaqdır. Gənc futbolçularımız da səhvlərindən nəticə çıxararaq təcrübə qazanırlar”.

Quliyev üç gün sonra Latviya millisinə qarşı keçiriləcək görüşlə bağlı da fikirlərini bölüşüb:

“Çexiya ilə oyuna fərqli taktiki plan əsasında hazırlaşmışdıq. Latviya isə tamam başqa komandadır.

Qarşıdakı matça hazırlaşarkən öz üzərimizdə işləyir və qələbə qazanmağı hədəfləyirik. Sevindirici haldır ki, yol verdiyimiz səhvlərdən nəticə çıxarmağı bacarırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?