Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn və yoldaşlıq oyunu çərçivəsində Andorra ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Komandamız noyabrın 13-də səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə Andorra ilə qarşılaşacaq.
Sportinfo.az AFFA-nın saytına istinadən 27 nəfərlik siyahını təqdim edir:
Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)
Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)
Yarımmüdafiəçilər: Ceyhun Nuriyev (“Araz-Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov (“Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Vüsal İsgəndərli (“Malisheva”, Kosovo),
Hücumçular: Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov (“Bukovina”, Ukrayna), Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya)
