“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə çağırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu UEFA Millətlər Liqasının C divizionunda noyabrın 13-də evdə Qazaxıstana, noyabrın 16-da isə səfərdə Farer adalarına qarşı oyunlarda forma geyinə bilər
Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Viktor Stina Moldova millisində keçirdiyi 34 oyunda 4 qol vurub
