“Neftçi” Misli Premyer Liqasının 11-ci - “Zəfər turu”nda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını yekunlaşdırıb.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Ağ-qaralar” son məşqdən fotolar paylaşaraq azarkeşləri qarşılaşmada komandaya dəstək olmağa çağırıblar.
"Neftçi”nin braziliyalı müdafiəçisi İqor Ribeyro cəza səbəbindən “Kəpəz”lə qarşılaşmada iştirak edə bilməyəcək. “Turan Tovuz”la matçda qırmızı vərəqə alan futbolçu iki oyunluq diskvalifikasiya olunub.
“Neftçi” - “Kəpəz” matçı noyabrın 6-da saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.




















