Premyer Liqa sevdasına növbəti ağır zərbə!

20:20 I Divizion 146
Premyer Liqa sevdasına növbəti ağır zərbə!

I Liqada VII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Turun mərkəzi qarşılaşması Masazırda keçirilib. «Gəncəbasar»ı qəbul edən «Səbail» çempionatın liderinə qalib gəlməyi bacarmayıb.

Mövsümə uğursuz başlayan, bir ara istefa vermək fikrinə düşən Elnur Abdullayevin komandası yaxşı təsir bağışlamayıb və yalnız 1 xalla kifayətlənib. Beləcə, «Səbail» birincilik yolunda növbəti ağır zərbəni alıb və beşinci pilləyə yuvarlanıb.

Premyer Liqaya iddia edənlərdən «Karvan» Yevlaxda «Şimal»ı böyük hesabla üstələyibsə, MOİK Zaqatalada 1:1 oynayıb.

Debütant «Xankəndi» isə Buzovnada büdrəyib. Turnir cədvəlinin son pilləsində yer alan «Baku Sportinq» sezonun ilk xalını onlarla görüşdə qazanıb.

"Karvan-Yevlax" - "Şimal" 4:1
Qollar:
S.Abdullayev, 26, E.Sillas, 33, Ə.Əziz, 54, O.Onyeka, 60 (pen) - O.Qberi, 83

"Zaqatala" - MOİK 1:1
Qollar:
S.Anadem, 45+2 - K.Quliyev, 45

"Səbail" - "Gəncəbasar" 2:2
Qollar:
S.Nonqoh, 3, S.Budra, 37 - P.Quimbila, 21, D.Açimi, 29

"Baku Sportinq" - "Xankəndi" 1:1
Qollar:
Ə.Babayi, 54 - X.Mahmudov, 10

Digər Xəbərlər
Xəbər Lenti