Azərbaycan komandası avrokuboklarda 1/16 finala yüksəldi

03:30 Voleybol 72
Azərbaycan komandası avrokuboklarda 1/16 finala yüksəldi

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunun 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin Bakıda keçirilən cavab oyununda Danimarkanın “Holte IF” klubunu 3:0 hesabı ilə məğlub edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan qarşılaşmada “DH Volley” ilk seti 26:24, ikinci seti 25:21, üçüncü seti isə 25:14 hesabı ilə qazanıb.

Oktyabrın 27-də Danimarkada keçirilən ilk görüşdə də 3:1 hesabı ilə qalib gələn Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

“DH Volley” 1/16 finalda Polşanın “LKS Commercecon Lodz” komandası ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda