Onun yerinə müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırmırlar

01:30 İngiltərə 108
Onun yerinə müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırmırlar

“Mançester Yunayted” çalışdırıcısı Maykl Karriklə yollarını ayıracağı təqdirdə, onun yerinə müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırmır.

Sportinfo.az “Sky Sports News”-a istinadən xəbər verir ki, İngiltərə klubu yaxın həftələrdə 45 yaşlı mütəxəssisi postundan azad etmək qərarına gəlsə, komandaya yenidən müvəqqəti məşqçi gətirməsi ehtimalı azdır.

Karrik ötən mövsüm Ruben Amorimin gedişindən sonra, daha əvvəl isə 2021-ci ilin noyabrında Ole-Qunnar Sulşerin istefasının ardından “Mançester Yunayted”də müvəqqəti baş məşqçi vəzifəsini icra edib.

Cari mövsümün əvvəlində isə o, komandanın daimi baş məşqçisi təyin olunub.

Daha əvvəl “Mançester Yunayted” rəhbərliyinin komandanın nəticələrindən narazı olduğu və Karrikin gələcəyini noyabrda, millilərin oyunları ilə bağlı fasilə zamanı müzakirə edəcəyi bildirilmişdi.

Komandanın növbəti oyunu noyabrın 8-də “Aston Villa”ya qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda