Azərbaycanda əvvəllər fəaliyyət göstərən "Muğan"da oynamış moldovalı futbolçu Vadim Kriçmar 38 yaşında vəfat edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.
Məlumata görə, Kriçmar ağır onkoloji xəstəliklə mübarizə aparırdı. O, bu ilin mart ayından müalicəsini İtaliyada davam etdirib.
Hazırda futbolçunun cənazəsinin İtaliyadan vətəninə gətirilməsi üçün ölkəsində maddi yardım kampaniyası təşkil olunur.
Vadim Kriçmar 2009-2011-ci illərdə "Muğan"da çıxış edib. Yarımmüdafiəçi Salyan təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 1 qol vurub.
