Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Elvin Quliyev DÇ-2028-in əsas mərhələsi çərçivəsində Çexiya yığması ilə oyundan (2:2) sonra mətbuat konfransında iştirak edib.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Lənkəran Olimpiya kompleksində baş tutan qarşılaşma haqda bunu deyib:
“İstədiyimiz kimi oyun getdi. Rəqib qapısına qol vurduq. İkinci hissə başlayanda ilk dəqiqələr bizim üçün çətin oldu.
Rəqib də bundan istifadə etdi. Rəqibi axıra qədər təzyiqdə saxlamaq istəyirdik. Nəhayət ki, qol vurduq.
Oyunlar artdıqca, təcrübəmiz artır. Topu qapımızdan uzaqda saxlamaq istəyirdik. Lakin rəqib bundan istifadə etdi və qol vurdu.
Biz istəyirik ki, inkşaf edək. Daha çoxuna imkan yaradırıq. Gənclərimiz səhv edə-edə öyrənirlər.
Latviya oyunu tamamilə başqa komandadır. Çexiya millisinə qarşı isə fərqli şəkildə çalışmışdıq. Sevindirici haldır ki, səhvlərimizdən dərs çıxardırıq.
Oyunun Lənkəranda keçirilməsi bizim üçün çox yaxşı oldu, şərait əla idi. Həmçinin futzalın bölgələrdə keçirilməsi insanların bu idman haqqında məlumatlanması baxımından yaxşı olur”.
