Premyer Liqa ilə bağlı bu xəbərə hər kəs sevinəcək - Həsrət başa çatır

19:00 Sabah 183
Premyer Liqa ilə bağlı bu xəbərə hər kəs sevinəcək - Həsrət başa çatır

Nəhayət, “Sumqayıt” azarkeşlərinin həsrəti başa çatır.

Komandanın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdışı ilə bağlı məsələ dəqiqləşib.

Komanda Premyer Liqasının 12-ci turunda “Sabah”ı əsas arenasında qəbul edəcək.

Ota baxan mütəxəssislər klub rəsmilərinə artıq hər şeyin qaydasında olması barədə məlumat verib.

Hətta arxada qalan turda "Şəfa" ilə oyun da orada keçirilə bilərmiş, sadəcə riskə gedilməyib.

"Kimyaçılar" bu mövsüm arxada qalan ev oyunlarında rəqiblərini "SOCAR Polymer Arena"da qəbul edib.

Səbəb stadionun ot örtüyünün yenilənməsi idi. Proses gözləniləndən də uzun çəkib.

"Sumqayıt" - "Sabah" görüşü 20 noyabr tarixində keçiriləcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti