İlkin Fikrətoğlu: Norveçdə "açılmayan" "Sabah" - VİDEOSÜJET

20:00 Sportinfo TV 94
İlkin Fikrətoğlu: Norveçdə "açılmayan" "Sabah" - VİDEOSÜJET

"Sabah"ın Çempionlar Liqasında Norveç səfəri gözlənilənin əksinə, olduqca uğursuz oldu.

Azərbaycan çempionu azı 1 xal gözlədiyimiz qarşılaşmada 1:4 hesablı ağır məğlubiyyət aldı.

Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açdı. 11-ci dəqiqədə Orfe Mbina fərqləndi. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirdi. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxardı.

O, kobud oyuna görə təyin olunan penalti zərbəsi yerinə yetirdi. İlk vuruşu qapıçı Stat Pokatilov dəf etsə də, ikinci cəhd uğurlu alındı.

Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynadı. Son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoydu.

"Bayquşlar" matçı 10 nəfərlə başa vurdular. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.

Bununla da " Sabah" pley-offa vəsiqə verən ilk 24 klub arasına düşmək şansını xeyli çətinləşirdi.

"Sabah" daha əvvəl İngiltərədən "Mançester Yunayted"ə (0:4) və Almaniyadan "Borussiya"ya (Dortmund) uduzub - 1:2. Azərbaycan çempionu Çexiyadan "Slaviya"nı 2:0 hesabı ilə məğlub edib.

"Sabah" növbəti oyununu noyabrın 25-də, Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.

“Sportinfo. TV”nin baş redaktoru İlkin Fikrətoğlu növbəti süjetində "Vikinq" - "Sabah" qarşılaşması haqqında danışıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti