Azərbaycan millisinin və "Bukovina"nın hücumçusu Renat Dadaşov zədəsini sağaldıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın heyətində zədələndikdən sonra Bakıda bərpa dövrü keçən 27 yaşlı futbolçu artıq Ukraynaya qayıdıb.
“Bukovina”nın son 3 oyununu buraxan Dadaşov artıq kollektivlə birgə məşqlərə qoşulub. Lakin futbolçu hələ də tam hazır deyil.
Məşqçi heyəti onu yavaş-yavaş heyətə cəlb etməyi düşünür. Bu səbəbdən Renatın Ukrayna Premyer Liqasının növbəti turunda iştirakı sual altındadır.
“Bukovina” növbəti oyununu noyabrın 8-də “Kolos”a qarşı keçirəcək.
