Özünü Bağdad xəlifəsi sayan Ehtiram Quliyevə “dur” deyən tapıldı - Gör, yenə neyləyib!

5 Noyabr 2024 16:00 Qalmaqal 2 438
Özünü Bağdad xəlifəsi sayan Ehtiram Quliyevə “dur” deyən tapıldı - Gör, yenə neyləyib!

«Turan Tovuz»un Kurdəxanı qəsəbəsində yerləşən yeni bazasının tikintisinin dayandırılmasının səbəbi məlum olub.

İnşaat işlərinə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə məcburi ara verilib.

Belə ki, yerli rəsmi dairələr layihənin icrası üçün sənədlərin təqdim edilməsini istəyib. Bu zaman üzə çıxıb ki, demə, Ehtiram Quliyevi ərazini satın alsa da, tikintinin başlanmasına icazə almayıb.

Odur ki, tərəflər arasında mübahisə düşüb. Klubun İdarə Heyətinin sədrinə öncədən bununla bağlı bir neçə xəbərdarlıq olunub, o isə əhəmiyyət verməyib.

Yekunda İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək, inşaatın qanunsuz olmasını bildirib.

Problem çox ciddidir. «Burada mənəm, Bağdadda kor xəlifə» təfəkküründən çıxa bilməyən Quliyevə başa salan yoxdur ki, qaydalara riayət hamının borcudur.

O. yaxın ətrafı üçün «bir nömrə»dir. Kiməsə söz demək, məsləhət vermək olar, ona yox.

Çünki Quliyev özünü çox güclü sayır, iddiaları böyükdür. Futbolu əsas hədəfləri üçün bir vasitə hesab edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!