Öz oyununa pul qoyuluşu edən futbolçu Azərbaycan klubundan qovuldu!

23 Dekabr 2016 15:24 Qalmaqal 860
Öz oyununa pul qoyuluşu edən futbolçu Azərbaycan klubundan qovuldu!

AZAL daha bir futbolçu ilə yollarını ayırıb. Sportinfo.az xəbər verir ki, "təyyarəçilər" gürcüstanlı David Canelizdeni komandadan uzaqlaşdırıb.

Baş məşqçi Tərlan Əhmədov bu qərarı srağagün - Azərbaycan Kubokunun 1/4 finalının "Qəbələ" ilə keçirilən cavab görüşündən sonra qəbul edib. Səbəb isə oyun zamanı Tərlan Əhmədovun futbolçuya irad bildirməsindən sonra Canelidzenin əl hərəkətləri ilə baş məşqçiyə etiraz etməsi olub.

Oyun başa çatan kimi gürcüyə qapını göstəriblər. Bir müddət öncə "Rəvan"ın futbolçusu Zahid Quliyev Canelidzeni öz oyununa pul qoymaqda ittiham etmişdi (sportlife.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti