Hakim azərbaycanlı futbolçuya 9 il iş istədi, özü məhkəməyə gəlmədi

13 Yanvar 2017 16:36 Qalmaqal 635
Hakim azərbaycanlı futbolçuya 9 il iş istədi, özü məhkəməyə gəlmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.

Sportinfo.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan proses baş tutmayıb. Maşallah Əhmədova vurduğu ziyanı ödəmək üçün vaxt verilib. Buna görə məhkəmə prosesi yanvarın 17-dək təxirə salınıb.

M.Əhmədovun prosesdə iştirak etməməyi zərərçəkmiş şəxslərin etirazına səbəb olub. Qeyd edək ki, bu gün M.Əhmədova hökm oxunmalı idi. Prokuror ona 9 illik həbs cəzası istəmişdi.

Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!