Azərbaycanla Ermənistanın razılığa gələ bilmədiyi məsələ hansıdır?

27 May 2023 07:20 Problem 1 847
Azərbaycanla Ermənistanın razılığa gələ bilmədiyi məsələ hansıdır?

"Azərbaycan və Ermənistan arasında həll razılaşdırılmayan məsələlər var.

Söhbət texniki detallardan gedir, lakin bu, çox vacib detallardır".

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla Ermənistan arasında hansı kommunikasiya məsələlərinin hələ də həll olunmaması ilə bağlı sualı şərh edərkən bildirib.

Mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutub.

Bildirilib ki, bir həftədən sonra baş nazirin müavinləri səviyyəsində üçtərəfli danışıqlar olacaq və bu danışıqlarda regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.

“Söhbət Azərbaycan və Ermənistan arasında sərhədi keçmə prosedurundan, adətən sərhəddə həyata keçirilən sərhəd və gömrük nəzarətinin necə tənzimlənməsindən gedir”, - Overçuk vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!