“Mançester Yunayted”dən sonra Premyer Liqanın daha bir klubu baş məşqçisi ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, “Kristal Pelas” Pyerr Sajla iş birliyinə son qoyub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, uğursuz nəticələrə görə istefaya göndərilib.
Saj mövsümün əvvəlində “Kristal Pelas”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. London təmsilçisi Premyer Liqada 10 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
