“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo iri məbləğdə cərimələnib.
Buna səbəb özüdür.
Belə ki, braziliyalı legioner məşqçilər korpusunun tələbini yerinə yetirməyib. 25 yaşlı ”sambaçı”dan çəkisini aşağı salması istənilib, o isə verilən tapşırığın öhdəsindən gəlməyib.
Əvvəlki formasını çətinlik çəkən cənubi amerikalı 10 min dollarından keçmək məcburiyyətində qalıb.
2025-ci ildən “Qarabağ”ın formasını geyinən braziliyalı ilə bu ilin iyununda müqavilənin müddəti uzadılıb. Yeni 3 illik sözləşmə 2029-cu ilin yayına qədər qüvvədədir.
SPORTİNFO.AZ

