“Neftçi”nin ilk dövrəni lider qismində başa vurmasında Alen Şkribekin rolu danılmazdır.
Macar yarımmüdafiəçini “ağ-qaralar”ın yayda heyətinə qatdığı faydalı transferlərdən hesab edə bilərik.
Orta sahədə yer almasına baxmayaraq, meydana çıxdığı 11 oyunda 3 qol vurub, 1 qolun məhsuldar ötürməsini verib.
Maraqlıdır ki, Alen heç də hər dəfə əsas heyətdə yer almır. 11 matçın 6-da ilk “11-lik”də meydana çıxıb, digər görüşlərdə oyuna sonradan qoşulub.
“Kəpəz”lə sonuncu qarşılaşmada da ehtiyatda qalmışdı. Baş məşqçi Yuri Vernidub Şkribekə 64-cü dəqiqədə şans verdi ki, “11 nömrə” 3 dəqiqədən sonra komandasının qələbə qoluna imzasını yazdırdı.
Alen ehtiyatda qalmaqdan narahat deyil. O, mövcud durumu anlayışla qarşılayır və baş məşqçinin qərarına hörmətlə yanaşır.
O, Sportinfo.az-a açıqlamasında üzləşdiyi vəziyyəti bu cür izah edib:
“Komandada 25 futbolçu var, onlardan yalnız 11-i əsas heyətdə yer alır. Qalanları skamyada oturmağa məcburdur.
Baş məşqçimiz rotasiyala edir, bəzən heyəti rəqibin oyununa görə müəyyənləşdirir.
Belə olduğu halda kimlərsə ilk dəqiqədən oynayır, kimlərsə mübarizəyə sonradan qoşulur. Bu, tək mənimlə bağlı olan hal deyil. Digər futbolçular da eyni durumla üzləşir.
Yəqin ki, baş məşqçinin bildiyi nələrsə var. Məsələn, “Şamaxı” ilə qarşılaşmada Akinyemi sonradan oyuna qoşuldu və qələbə topunu vurdu.
Bu gün mən ikinci hissədə meydana daxil oldum və vacib qola imza atdım. Heç bir problem yoxdur. Önəmli olan “Neftçi”nin qələbələri sıralamasıdır”.
Şkribekin məsələyə peşəkarlıqla yanaşması alqışlalayiq haldır. Adətən komandası üçün vacib qollar vuran futbolçular daim əsas heyətdə yer almaq istəyir. Adını “11-lik”də görməyəndə narazılıq edir, işinə etinasız yanaşır.
Alen isə...
HƏBİB / SPORTİNFO.AZ
