Elxan Məmmədov və özbəklər “Neftçi”nin bazasına gəldi - FOTOLAR

02:00 Neftçi 82
Elxan Məmmədov və özbəklər “Neftçi”nin bazasına gəldi - FOTOLAR

Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatına hazırlıq çərçivəsində iki ölkə arasında futbol sahəsində əməkdaşlıq genişləndirilir.

Sportinfo.az xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyasının və Fərqanə vilayətinin futbol rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Səfər çərçivəsində qonaqlar AFFA nümayəndələrinin müşayiəti ilə “Neftçi”nin bazasında və akademiyasında olublar.

Görüş zamanı futbol infrastrukturunun inkişafı, akademiyaların fəaliyyətinin təşkili və gənc futbolçuların hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.

Səfərin əsas məqsədlərindən biri 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına hazırlıqdır. Turnirin qrup mərhələsinin bəzi qarşılaşmalarının Özbəkistanın Fərqanə vilayətində təşkili planlaşdırılır.

2027-ci il U-20 dünya çempionatı ilk dəfə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...