Premyer Liqa oyunlarını boykot etmək istədilər, maaş böhranı həll olundu

13:00 Problem 80
Premyer Liqa oyunlarını boykot etmək istədilər, maaş böhranı həll olundu

Xeyli müddətdir «Şəfa»da mövcud olan maaş böhranı müəyyən qədər həll edilib.

Rəhbərlik, nəhayət ki, əməkhaqqı borcunun bir hissəsini ödəyib.

Komanda üzvləri sentyabr ayına aid məvacibi alıb. Amma heç də hamı yox.

11 legionerdən 5-i yenə gözləməlidir. Həmin əcnəbi futbolçuların sənədləri tam qaydasında olmadığından, siyahıdan bir neçə günlük də olsa, kənarda qalıblar.

Kollektivə elan edilib ki, oktyabr ayının pulunu çox gözləməli olmayacaqlar. Noyabrın 15-dən sonra vəsait köçürüləcək.

22 ildən aranın üstündən Premyer Liqaya dönmüş «ağ-göylər»in mövsümə uğursuz start verməsinin əsas səbəblərindən biri də budur.

Ötən 3 ayda cəmi 1 dəfə əməkhaqqı üzü görmüş oyunçular öz şikayətlərini dönə-dönə məşqçilər korpsunun diqqətinə çatdırıblar. Hətta legionerlərin bir qismi sözləşərək, meydana çıxmaq istəməyib.

Zaur Həşimov onları dilə tutaraq, problemin aradan qalxacağına inandırıb və boykotun qarşısını alıb.

Pataxt təmsilçisi 10 tur ərzində 4 xal toplayıb. Aktivində 1 qələbə və 1 heç-heçə olan «Şəfa» 8 məğlubiyyətlə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti