Türkiyə Sergen Yalçınla ilk oyununda Belçikaya uduzdu

00:00 Türkiyə 80
Türkiyə Sergen Yalçınla ilk oyununda Belçikaya uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub.

Spotinfo.az xəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub.

Türkiyə millisi 20-ci dəqiqədə Arda Gülerin cərimə zərbəsindən vurduğu qolla hesabı açıb. Lakin qonaqlar 27-ci dəqiqədə Kevin De Brüyne, 30-cu dəqiqədə isə Şarl De Ketelarenin qolları ilə önə keçiblər.

Beləliklə, Vinçenzo Montellanın gedişindən sonra millinin baş məşqçisi təyin edilən Sergen Yalçın yeni vəzifəsində ilk oyununda məğlubiyyətlə üzləşib.

Türkiyə millisinin müdafiəçisi Ozan Kabak sarı vərəqə aldığı üçün Fransa ilə növbəti qarşılaşmanı buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...