“Bunu edə bilsək, problem müəyyən qədər həll olunar”

24 Oktyabr 23:40 Problem 113
“Bunu edə bilsək, problem müəyyən qədər həll olunar”

«Uşaq seçmək əsas deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «İmişli»nin futbol akademiyasının baş koordinatoru Rövşən Babayev deyib.

Uşaq futbolunun bilicilərindən sayılan mütəxəssis «klublar niyə davamlı şəkildə öz futbolçusunu yetişdirə bilmir» sualına cavabında bunları söyləyib:

«Səbəblər çoxdur. Seleksiya, infrastruktur, əsas komandaya keçid bir-biri ilə bağlı məsələlərdir.

Onu 10-12 il ərzində düzgün inkişaf etdirmək vacibdir. Bunu edə bilsək, problem müəyyən qədər həll olunar.

Bu gün "Sabah"da inkişafa doğru yaxşı addımlar atır. Yaxşı rəhbər gətirilib, yaxşı idarəçilik var.

“Vətən”də Mustafa Həsənovun, Təbriz Həsənovun rəhbərliyi altında son illər çox gözəl işlər görülür. Eyni sözlər 9 il işlədiyim “Sabah”a da aiddir.

Giorgi Minaşvilinin rəhbərliyi altında görülən işlər göz oxşayır. Aşağı yaş qrup millilərimizdə də biz bunu görürük.

Düşünürəm ki, "Sabah"ın akademiyası düzgün yoldadır. Bir neçə ilə nə qədər futbolçu yetirşdirilməsinin şahidi olacaqsız».

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada