Intizamsız və məsuliyyətsiz... Azərbaycanın istedadlı gənc futbolçusu budur? - FOTO

17:00 Problem 82
Intizamsız və məsuliyyətsiz... Azərbaycanın istedadlı gənc futbolçusu budur? - FOTO

Tanış olun: Tuncay Yusifli.

11 fevral 2005-ci il təvəllüdlü, 21 yaşlı futbolçu.

Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən “İmişli”nin sol cinah müdafiəçisidir.

Futbolçu karyerasına “Sabah”ın akademiyasında başlayıb, U-19 komandasında çıxış edib və UEFA Gənclər Liqası təcrübəsi qazanıb. U-19 və U-21 millilərinin formasını geyinib. Gənc kimi perspektivli futbolçulardan biri olaraq diqqət çəkir.

Lakin perspektivli olmaq hələ peşəkar olmaq demək deyil!

Peşəkarlıq harada qaldı?

Şəkildəki paketə diqqət yetirin: “Lay's” çipsləri, energetik içkilər, bankada qəhvə, “Cappy” və digər məhsullar.

Bu, peşəkar futbolçunun qidalanma mədəniyyətidir?

21 yaşında, atletik potensialın və fiziki inkişafın ən vacib mərhələsində belə qidalanma vərdişlərinə laqeyd yanaşmaq peşəkar yanaşma deyil. Yüksək şəkərli içkilər, aşağı qida dəyərli qəlyanaltı.

Peşəkar futbolçu üçün gündəlik intizam seçim deyil, öhdəlikdir. Sən hər gün öz performansına investisiya qoymalısan. Qidalanma, yuxu, bərpa və fərdi hazırlıq bir-birindən ayrılmazdır.

Məşqdə peşəkarlıq tələb edib, meydandan kənarda bu məsuliyyəti unudursansa, burada ciddi problem var.

Futbolçu olmaq istəyirsənsə, ilk növbədə futbolçu kimi yaşamağı öyrən!

İstedad səni futbola gətirə bilər. Amma intizamsızlıq səni orada saxlaya bilməz.

Bu mənzərə ciddi narahatlıq doğurur. Çipslər, energetik içkilər, şəkərli içkilər və digər aşağı qida dəyərinə malik məhsullar peşəkar futbolçunun gündəlik qida rasionunun bir hissəsinə çevrilməməlidir.

Belə bir yanaşma futbolçunun fiziki hazırlığına, bərpa prosesinə və uzunmüddətli inkişafına ziddir.

Eyni zamanda, “İmişli”nun baş məşqçisi Ervins Perkonsa da ayrıca müraciət edirik. Xüsusilə onun diqqətinə çatdırmaq istəyirik ki, peşəkar məşqçinin məsuliyyəti yalnız taktiki hazırlıq və oyun nəticələri ilə məhdudlaşmır.

UEFA “Pro” lisenziyasına malik məşqçi futbolçuların gündəlik intizamına, qidalanmasına və bərpa prosesinə də ciddi nəzarət etməlidir.

Ervins Perkons, məhz sizin üçün bu tənqidi müraciəti ana dilinizdə, latış dilində təqdim edirik. Ümid edirik ki, mesajımızı düzgün anlayacaq və bu məsələyə laqeyd qalmayacaqsınız.

Aşağıda baş məşqçiyə latış dilində birbaşa müraciətimiz:

ijai. Fotogrāfijā redzamie produkti — Lay's čipsi, enerģijas dzērieni, kafija bundžiņā, Cappy un citi līdzīgi produkti — rada nopietnus jautājumus par spēlētāja uztura paradumiem un profesionālo disciplīnu.

Vai šāda ir profesionāla futbolista ikdienas uztura kultūra?

Profesionālam futbolistam ir jāapzinās, ka viņa ķermenis ir galvenais darba instruments. Uzturs, miegs, atjaunošanās un ikdienas disciplīna ir neatņemama profesionālā sporta sastāvdaļa.

Godātais treneri, Jūsu UEFA Pro licence nozīmē ne tikai atbildību par komandas taktiku un rezultātiem, bet arī par spēlētāju profesionālo attīstību. Jums un kluba vadībai nav pieļaujams ignorēt šādus jautājumus.

Mēs sagaidām, ka pievērsīsiet šai situācijai nopietnu uzmanību un veiksiet nepieciešamos pasākumus. Talantīgu futbolistu attīstība prasa ne tikai kvalitatīvus treniņus, bet arī stingru profesionālo disciplīnu ārpus futbola laukuma.

Mēs ceram uz Jūsu atbildīgu rīcību!

Hörmətli Ervins Perkons!

Xüsusilə Sizə ünvanladığımız bu tənqidi müraciəti, Sizin və klub rəhbərliyinin saytımızı izlədiyini nəzərə alaraq, ana dilinizdə təqdim etmək istədik.

21 yaşlı Tuncay Yusiflinin vəziyyətinə diqqətinizi cəlb etmək istəyirik. Fotoda gördüyümüz Lay's çipsləri, energetik içkilər, bankada qəhvə, "Cappy" və digər oxşar məhsullar futbolçunun qidalanma vərdişləri və peşəkar intizamı ilə bağlı ciddi suallar yaradır.

Peşəkar futbolçunun gündəlik qidalanma mədəniyyəti belə olmalıdır?

Peşəkar futbolçu dərk etməlidir ki, onun bədəni əsas iş alətidir. Qidalanma, yuxu, bərpa və gündəlik intizam peşəkar idmanın ayrılmaz hissəsidir.
Hörmətli məşqçi, UEFA Pro lisenziyanız yalnız komandanın taktikasına və nəticələrinə görə deyil, həm də futbolçuların peşəkar inkişafına görə məsuliyyət daşıdığınızı göstərir.

Sizin və klub rəhbərliyinin bu kimi məsələlərə göz yumması yolverilməzdir.

Gözləntimiz odur ki, bu vəziyyətə ciddi diqqət yetirəcək və lazımi tədbirlər görəcəksiniz. İstedadlı futbolçunun inkişafı yalnız keyfiyyətli məşqlər deyil, futbol meydançasından kənarda da ciddi peşəkar intizam tələb edir.

Məsuliyyətli mövqeyinizi və konkret addımlarınızı gözləyirik!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti