“Sabah”ın baş məşqçisi haqda bu XƏBƏR YAYILDI

17:20 Sabah 89
“Sabah”ın baş məşqçisi haqda bu XƏBƏR YAYILDI

Çempionlar Liqasında mövsümün ən yaşlı baş məşqçiləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turnirin ən veteran mütəxəssisi “Betis”in çalışdırıcısı Manuel Pelleqrinidir. Çilili məşqçi 73 yaşında Çempionlar Liqası həyəcanı yaşayır.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas isə qitənin ən nüfuzlu klub turnirinin gənc mütəxəssislərindəndir. 49 yaşı olan litvalı 16 məşqçidən daha gəncdir.

Çempionlar Liqasının ən gənci isə “Portu”nun 37 yaşlı baş məşqçisi Françesko Fariolidir. İtaliyalı mütəxəssis “Lill”ə rəhbərlik edən həmyerlisi Davide Ançelottidən cəmi 3 ay gəncdir.

Digər Xəbərlər
Xəbər Lenti