“Real”ın braziliyalı ulduzu sudanlı qaçqınla dostlaşdı

15:40 İspaniya 48
“Real”ın braziliyalı ulduzu sudanlı qaçqınla dostlaşdı

“Real”ın futbolçusu Vinisius Junior sudanlı qaçqınla dostlaşıb. Həmin gənc ölkəsində uzun müddətdir ki, davam edən münaqişə nəticəsində hər iki ayağını itirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Vinisius onun hekayəsindən xəbər tutduqdan sonra gəncə dəstək mesajı göndərib:

“Hekayəni eşitdim. Son bir neçə ayın sənin üçün nə qədər çətin keçdiyini bilirəm. Sən zəhmətkeş, qaradərili bir insansan.

Ümid edirəm ki, protezlərindən maksimum yararlana, yenidən futbol oynaya və xoşbəxtliyə qovuşa bilərsən. Sən buna layiqsən”.

Braziliyalı futbolçu, həmçinin, onu “Santyaqo Bernabeu” stadionuna dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti