Baş məşqçisini istefaya göndərdi - Premyer Liqa nəhəngi

18:40 İngiltərə 57
Baş məşqçisini istefaya göndərdi - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun açıqlamasında bildirib: "Maykl "Mançester Yunayted"in əfsanəsidir və həmişə belə də qalacaq.

O, oyunçu vaxtındakı kimi klubdakı fəaliyyəti ərzində də özünü ən yüksək sədaqət və peşəkarlıq standartları ilə aparıb. Onun liderliyi və ötən mövsüm qazandığı uğurlar həmişə xoş xatirələrlə xatırlanacaq".

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb. Komanda cari mövsüm yerli liqada cəmi 1 qələbə qazanıb.

Daha əvvəl “qırmızı şeytanlar”ın baş məşqçi vəzifəsinə Maurisio Poçettinonu təyin etməyə hazırlaşdığı bildirilirdi.

Hazırda argentinalı mütəxəssis ABŞ millisinə rəhbərlik edir. O, daha əvvəl İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti