"Mövsümün sonunda medallar uğrunda mübarizənin içində olmaq istəyirik"

12 Noyabr 23:40 Zirə 106
"Mövsümün sonunda medallar uğrunda mübarizənin içində olmaq istəyirik"

"Zirə"nin qapıçısı Aydın Bayramov Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 10-cu turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə ilə bitən matç barədə nələr deyə bilərsən?

- Çox çətin və gərgin oyun oldu. Matça istədiyimiz kimi başlaya bilmədik, rəqib bundan istifadə edərək iki top fərqi ilə önə keçdi. Amma komanda olaraq sona qədər mübarizə apardıq, ruhdan düşmədik və oyunun sonlarında hesabı bərabərləşdirməyi bacardıq. Əlbəttə, məqsədimiz üç xal qazanmaq idi. Buna nail ola bilməsək də, iki top fərqindən geri dönərək bir xal əldə etməyimiz müsbət məqamdır.

- 0:2-də məğlubiyyət qorxusu daha çox idi, yoxsa oyunu xilas etmək ümidi?

- Açığı, hesab 0:2 olanda vəziyyətimiz heç də asan deyildi. Amma komandada məğlubiyyətlə barışmaq düşüncəsi yox idi. İnanırdıq ki, oyuna qayıda bilərik. Futbolda belə hesabdan geri dönmək çətindir, amma mümkünsüz deyil. Hər kəs əlindən gələni etdi, sona qədər mübarizə apardıq və bunun nəticəsində hesabı bərabərləşdirdik. Əsas odur ki, inamımızı itirmədik.

- Premyer Liqada ümumi mənzərəni necə qiymətləndirirsən? 10 tura nəzər salsaq, “Zirə” sonda hansı yerlərdə ola bilər?

- Məncə, bu mövsüm çempionat kifayət qədər maraqlı və rəqabətlidir. Komandalar arasında böyük xal fərqi yoxdur, hər tur turnir cədvəlində ciddi dəyişikliklər baş verə bilər. Biz hazırda 16 xalla altıncı pillədəyik və liderdən cəmi beş xal geri qalırıq. Qarşıda kifayət qədər oyun var. Əlbəttə, hədəfimiz daha yüksək pillələrdə qərarlaşmaqdır. İnanıram ki, potensialımız buna imkan verir. Əsas odur ki, qarşıdakı oyunlarda xal itkilərini minimuma endirək və öz oyunumuzu tapaq. Mövsümün sonunda medallar uğrunda mübarizənin içində olmaq istəyirik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...